​ “İslamabad Vaşinqtona etibar etməməlidir” -

“Pakistan ABŞ-a etibar etməməlidir”.

Metbuat.az-ın məlumatına görə, bu ölkənin Xarici İşlər naziri Hoca Məhəmməd Asif Birləşmiş Ştatlar prezidenti Donald Trampın Tvitter hesabında İslamabadla bağlı qeydlərinə münasibət bildirərkən belə deyib.

Pakistanlı diplomat həmçinin bildirib ki, İslamabaddan başqa heç bir dövlət hərbi bazalarını Birləmiş Ştatların üzünə açmayıb:

“Əfqanıstandakı hərbçilərə silah və yanacaq təchizatı Pakistan ərazisindən həyata keçirilirdi.

Pakistanın 1000-lərlə mülki vətəndaşı və hərbçisi həyatını qurban verib. Bütün bunlardan sonra biz kor-koranə Birləşmiş Ştatlara inana bilmərik”. Xatırladaq ki, Tramp Pakistanı terrorla mübarizədə heç bir iş görməməkdə suçlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR