“Android” yaxın 2 ildə lider əməliyyat sistemi olaraq qalacaq

“Android” yaxın 2 ildə lider əməliyyat sistemi olaraq qalacaq
11:26 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İnformasiya texnologiyaları bazarında ixtisaslaşan aparıcı tədqiqat və konsaltinq şirkəti "Gartner” yaxın iki il üçün kompüter, planşet və smartfon bazarı üzrə proqnoz dərc edib.

Mütəxəsisslər qeyd ediblər ki, 2015-ci ildə planşetlərə tələbat yenidən azalacaq. Şirkətin proqnozuna görə, bu il planşet kompüterlərin satışı 233 milyon ədədə çatacaq ki, bu da 2014-cü illə müqayisədə 8 faiz çoxdur.

2015-ci ildə bütün qurğuların, o cümlədən fərdi kompüter, planşet, smartfon və mobil telefonların tədarükü 2,5 milyard qurğu təşkil edəcək. Bu, 2014-cü illə müqayisədə 3,9 faiz yüksəkdir. Bu halda smartfonların satışı 3,9 faiz artacaq, 2016-cı ildə 2 milyarda çatacaq.

2014-cü ildə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların tədarük həcmi 1 milyard qurğunu ötüb, 2015-ci ildə isə bu göstəricinin 26 faiz artacağı gözlənilir. Məlumata görə, “Android” yaxın 2 ildə lider əməliyyat sistemi olaraq qalacaq.

Qeyd olunur ki, “Windows” əməliyyat sistemi tədarük həcminə görə artıq "iOS” sistemini geridə qoyub, lakin platformanın hazırkı fraqmentliyinin səbəbi fərd kompüter istifadəçilərinin az əlavə almasındadır. Müqayisə üçün bildirək ki, "Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən hər smartfon sahibi orta hesabla 120 əlavə yükləyir, - "4PDA”  yazır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR