Fransada "El Qaida" ve ISID birlesdi - FOTO

Fransada "El Qaida" ve ISID birlesdi - FOTO
11:27 10 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanin Monpelye seherindeki zergerlik dukanina girerek oradaki insanlari girov goturmus sexs polise teslim olub.
 
Milli.Az Agence France-Presse-e istinaden qeyd edir ki, cinayetkar dunen dukanda iki qadini girov saxlayirdi.
Polisle danisiqlardan sonra o, girovlari buraxib.
 
Monpelyenin prokuroru Kristof Barrenin dediyine gore, dukandaki olayin Parisde yanvarin 7-de ve 9-da bas vermis terror aktlari ile hec bir elaqesi yoxdur.
 
Yanvarin 7-de 3 terrorcu "Charlie Hebdo" satirik jurnalinin redaksiyasina hucum etmisdiler. Onlar 12 neferi, o cumleden jurnalin bas redaktoru ve 4 karikaturaci ressami gulleyerek qetle yetiribler, 11 neferi yaralayiblar.
 
Terrorculardan 34 yasli Seid ve 32 yasli Serif Kuasi qardaslari dunen Parisden 50 km aralidaki Dancaqrten an Qoel seherinde bir girov goturerek aradan cixmaq isteyibler. Amma polis onlari sigindiqlari nesriyyat binasinda mehv edib.
 
Dunen 32 yasli Emedi Kulibali Parisdeki supermarketde girovlar goturerek Seid ve Serif Kuaisinin azadliga buraxilmasini teleb etmisdi.
Koser erzaq mehsullari supermarketinde polisin kecirdiyi emeliyyat neticesinde Emedi Kulibali mehv edilib. Amma o, 4 girovu gullelemisdi.
E.Kulibali BFM TV telekanalina zeng vuraraq ISID mensubu oldugunu demisdi.
 
A.Kulibali Parisin Vensen darvazalari semtindeki dukanda vetendaslari girov goturmezden evvel Monruj seherinde polis zabitini ve yol xidmetinin emekdasini avtomatdan gullelemisdi.
 
ISID Parisdeki teraktlari beyendiyini bildirenden sonra "El Qaide" qruplasmasinin Yemendeki birlesmesi "Charlie Hebdo" jurnalina hucumun mehz bu teskilat terefinden hazirlandigini beyan edib.
 
Fransa polisi indi A.Kulibalinin xanimi 26 yasli Heyat Bumeddini axtarir.
Ekspretlerin dediklerine gore, bir-birlerine dusmen olan "El Qaida" ve ISID terror teskilatlarinin Fransada birge emeliyyatlar kecirmeleri cox tehlukeli meqamdir.
 
"El Qaida" dunen internetde beyanat yayaraq Fransada "Islama ve muselmanlara qarsi tehqirlerle teqiblere son qoyulmayacagi teqdirde yeni intiqam aksiyalarinin kecirileceyini" bildirib.
 
"Erebistan yarimadasinda El Qaida" qruplasmasinin liderlerinden biri seyx Heris en Nezeri ise videomuracietinde deyib: "Fransanin bezi ogullari Allahin resuluna qarsi hormetsizlik etdiler. Buna gore de Allahin sadiq esgerleri onlara qarsi cixaraq sayginin ne oldugunu oyretdiler".
 
Milli.Az


 





































































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR