Məhkəmə Ramiz Məliklə Məleykə Əsədova barədə

Bu gün Nəsimi rayon Məhkəməsində xalq artisti Məleykə Əsədova və xalq artisti Ramiz Məlikin bir-birilərinə qarşı qaldırdıqları iddialar üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia rədd edilib.

Qeyd edək ki, M.Əsədova şərəf və ləyaqətinin R.Məlik tərəfindən təhqir edildiyini bildirib və bunun üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib. M.Əsədova R.Məlikdən 200 min manat təzminat tələb edir. Ötən məhkəmə prosesində R.Məlik də qarşı tərəfi onu təhqir etməkdə təqsirləndirərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və M.Əsədovadan 300 min manat təzminat tələb etmişdi.//Trend

XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək - Qar yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR