Tanınmış aşıq komaya düşdü, vəziyyəti ağırdı

Tanınmış aşıq komaya düşdü, vəziyyəti ağırdı
16:53 8 Yanvar 2018
603 Şou
Ölkə mətbuatı
A- A+

Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib.

Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin Teleqraf.com-a verdiyi məlumata görə, sənətkarın vəziyyəti ağırdır.

"Atamın vəziyyəti qəfil pisləşdi. Məlum oldu ki, infarkt keçirib. Gecə ilə Gömrük Hospitalına yerləşdirdik. Hazırda reanimasiyadadır. Həkimlərinin səylərinə baxmayaraq, hələ də komadan ayılmayıb. Vəziyyəti çox ağırdır. Gözləyirik... Dualarınızı əsirgəməyin!”

Qeyd edək ki, Aşıq Vüqar 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.

Tanınmış sənətkara Allahdan şəfa diləyir, tezliklə sağalıb ailəsinə qovuşmasını arzu edirik.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/227014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR