NATO və Rusiyanın yüksək rütbəli hərbçiləri Bakıda
görüşəcəklər.“Ermənistan milli konqresi” partiyası Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri
Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir.Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər
edilən hücumlarla bağlı şok detallar üzə çıxıb.Suriyanın
İdlib şəhərində güclü partlayış törədilib.ABŞ-dakı
seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham
səsləndirilib.Ukraynalı deputat, millətçi lider Dmitri
Yaroş Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan
edib.
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali
baş komandanı, general Kertis Skaparrotti və Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Qerasimovun
Azərbaycana səfəri gözlənilir. Bu barədə “BuzzFeed”
nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər görüş üçün paytaxt Bakını seçiblər.
Cəbhədə təxribata cəhd edən erməni hərbi
birləşmələrinin daha iki hərbiçisi yaralanıb. Bu
barədə Ermənistan mediası xəbər yayıb.
Qeyd edək ki, dünən atəşkəs rejimini pozan erməni hərbi
birləşmələrinin əsgəri Vaçe Çilinqaryan cavab atəşi nəticəsində
məhv edilib.
“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon
Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Bu
barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib.
Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın
2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında
münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant
hesab edir.
Ter-Petrosyanın "Qarabağı qaytaraq" tələbi GÜNDƏMDƏ: Danışıqlar masasında hansı variant var?
Erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni
prezidenti seçəcək. Ermənistanın İctimai Televiziyası
seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi barədə məlumat
yayıb.
“Məhz bu tarixdə Ermənistanın parlament formasına keçidi rəsmən
sona çatacaq. Eyni zamanda, yeni hökumət yaradılacaq” - məlumatda
bildirilib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP)
2019-cu il prezident seçkilərində namizəd irəli
sürməyəcək. Bunu MHP-nin sədri Dövlət Baxçalı təşkil
etdiyi mətbuat konfransında deyib.
“MHP prezidentliyə namizəd irəli sürməyəcək. İnanırıq ki,
konstitusiyaya dəyişikliklərdə birlikdə hərəkət etdiyimiz partiya
ilə birlikdə nəticə almaq Türkiyənin xeyrinə olacaq. Prezident
seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik”, - Baxçalı
bildirib.
Suriyanın şimalında PYD-yə (PKK terror təşkilatının
Suriya qanadı - red.) 4 min TIR silah-sursat göndərən ABŞ
terrorçularla bağlı yeni bir addım atmağa hazırlaşır.
İŞİD bəhanəsiylə Türkiyə sərhədində terror xətti qurmağa çalışan
Vaşinqton PYD-nin nəzarətindəki 28 min kvadrat kilometrlik ərazini
diplomatik olaraq tanımaq niyyətindədir.
Türkiyə sərhədlərində yeni dövlət yaradılır - ABŞ-dan TƏHLÜKƏLİ ADDIM
Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son
günlər edilən hücumlarla bağlı şok detallar üzə
çıxıb. Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı
hücumların Bəşər Əsəd rejiminə yaxın qrup tərəfindən həyata
keçirildiyini bildirib.
Araşdırmalar hücumun Rusiya istehsalı və 6 kilometr mənzilli
minaatanla həyata keçirildiyini ortaya çıxardı. Ətraf ərazilər isə
Rusiya və Bəşər Əsəd rejiminin nəzarəti altındadır.
Əmri Əsəd verib? - Ruslara hücumların ŞOK PƏRDƏARXASI
Bu gün Suriyanın İdlib şəhərində güclü partlayış
törədilib. Hadisənin videosu terrorçuların
fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4”
Teleqram-kanalında dərc edilib.
Kanalın mənbələri bildiriblər ki, şəhərdə “Hayat Tahrir aş-Şam”
qruplaşmasının (“Ən-Nüsra” Cəbhəsinin əsasında yaradılıb)
döyüşçüləri fəaliyyət göstərirlər. Məlumata görə, onlar əsasən
Şimali Qafqazdan gəlmə döyüşçülərin yer aldığı “Ajnad Qafqaz”
qruplaşmasının qərargahının yaxınlığında minalanmış avtomobil
yerləşdiriblər.
Zərərçəkənlərin sayı haqqında rəsmi məlumat yoxdur. Bəzi
məlumatlara görə, 20 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Başqa
mənbələr isə ümumilikdə 120-dən çox insanın öldüyünü və
yaralandığını bildiriblər.
İrandakı aksiyaları bitmiş hesab etmək
olmaz. Bunu MKİ-nin direktoru Maykl Pompeo
söyləyib.
“İran rejimi güclə təhdid etdiyi zamanda Qasım Süleymani xalqın
pullarını Livan, Suriya və Yəməndə havaya sovurur. Bununla da Allah
bilir, kimləri birləşdirib İranı dünyanın böyük dövlətlərindən
birinə çevirib, terrorizmin sponsoru etmək istəyirlər. İranda
teokratik rejim hökmranlıq edir. İran xalqı bu rejimi istəmir. Mən
ümid edirəm ki, iranlılar hakimiyyətə qarşı qiyamı davam
etdirəcəklər. Məncə, bu etirazlar hələ bitməyib. Hər şeyi İran
xalqı edib. Bu hadisələrin arxasında MKİ dayanmayıb”, - Pompeo
bildirib.
“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr
İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc
olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq
istəyir”. Bu barədə İbni Haldun Universitetinin
beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Köse deyib.
Onun sözlərinə görə, Trampın İrana qarşı hərəkətə keçəcəyi
əvvəldən məlum idi.
İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır
ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı
ABŞ-dan növbəti ittiham səsləndirilib. ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi
başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri
qarışmağa çalışacağını bildirb.
MKİ-nin direktoru: “Rusiya onilliklərdir bunu edir”
Macarıstanın baş naziri Viktor Orban ölkəsinin
müsəlman ölkələrindən olan qaçqınları qəbul etməyəcəyini
bildirib. Nazir qaçqınları "işğalçı müsəlmanlar"
adlandırıb.
"Biz həmin insanlara müsəlman qaçqın kimi yox, işğalçı kimi
baxırıq", - deyə Orban bildirib.
Rusiya NATO-ya üzv ölkələrə qarşı hərbi
fəaliyyətlərə hazırlaşır. Bunu “Bild” qəzetinə
müsahibəsində Estoniya Silahlı Qüvvələrinin komandanı,
general-leytenant Rixo Terras söyləyib. Onun sözlərinə görə,
“Qərb-2017” hərbi təlimi zamanı Moskva NATO-ya qarşı Avropada
genişmiqyaslı hərbi kampaniya ssenarisi üzərində işləyib.
“Bu, təkcə Baltikyanı dövlətlərə qarşı yönəlməyib. Buraya
Şimaldan Qara dənizə qədər bütün dövlətlər daxildir. Bizim ordumuz
istənilən ssenariyə qarşı effektiv reaksiyaya hazırdır”, - o
deyib.
NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını
böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin
fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində
fəallaşıb. Almaniyanın “Frankfurter Allgemeine
Zeitung” nəşri xəbər verir ki, NATO-nun qorxuları ötən ilin mayında
Rusiyanın sualtı gəmilərindən İŞİD terror qruplaşmasına zərbələrin
endirilməsindən sonra daha da artıb.
“Rusiya hərbi dəniz gücünə, xüsusən sualtı gəmilərə ciddi
sərmayələr qoyur”, - NATO-nun baş katibi Yens Stoltenberq ötən ilin
sonunda bildirib.
Rusiya necə zərərsizləşdiriləcək? - Qlobal faciəyə qarşı “YOL XƏRİTƏSİ”
Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi
əməkdaşlıq üzrə baş idarəsinin keçmiş müdiri, general-polkovnik
Leonid İvaşovun fikrincə, ABŞ Rusiya strateji hücum silahları (SNV)
və RSMD raketləri üzrə danışıqlarda Moskvaya ultimatum
verəcək.
“2000-ci illərin əvvəlindən ABŞ strateji mövqeyi nüvə
silahlarının potensialını azaltmaq və eyni zamanda, öz hərbi
üstünlüyünü başqa istiqamətlərdə gücləndirməkdən ibarətdir. Bu,
yüksək dəqiqlikli silahlarla sürətli qlobal zərbə konsepsiyasıdır”,
- general-polkovnik təsdiq edib.
Rusiya sürətli şəkildə məhv EDİLƏCƏK: 18 illik konsepsiyanın DƏHŞƏTLİ DETALLARI
ABŞ dünyanın 76 ölkəsində terrorizmlə mübarizə
aparır. Bu nəticə “Costs of War” (“Müharibə
Xərcləri”) layihəsi çərçivəsində aparılan araşdırmalardan sonra
müəyyən olunub.
“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin
gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra,
Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana
bilər”. Bunu “The Atlantic Council” nəşri üçün
yazdığı məqaləsində NATO-nun baş katibinin keçmiş birinci müavini
Aleksandr Verşbou bildirib.
“Qonşu ölkənin ərazilərinin işğalına görə artan maliyyə və
siyasi təzyiq prezident seçkilərindən sonra Putin tərəfindən
qiymətləndirilə bilər. Qərbin təzyiqinin artması, Ukraynaya ölümcül
silahların çatdırılması, həmçinin yeni sanksiyaların tətbiqi üzrə
təhlükələr Putini inandıra bilər ki, vaxt Rusiya üçün işləmir və
Donbasdan geri çəkilməlidir. Bu anda isə BMT-nin güclü sülh
missiyası lazım olacaq”, - o yazıb.
Ukraynalı deputat, millətçi lider Dmitri Yaroş
Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan
edib. Yaroş Kiyevin yalnız Donbasda deyil, həmçinin
Krım, Kuban və digər etnik Ukrayna ərazilərində də hakimiyyətlərini
bərpa edəcəyini bildirib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/227026.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)