Kanada şirkəti AZAL üçün iki helikopter simulyatoru quracaq

Kanada şirkəti AZAL üçün iki helikopter simulyatoru quracaq
11:57 10 Yanvar 2015
178 Sosial
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 11:54 ]


Bakı. Rəşad Süleymanov – APA. Kanadanın CAE şirkəti bu il “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün iki helikopter simulyatoru quracaq.

 

CAE şirkətindən APA-ya verilən məlumata görə, şirkət AZAL üçün “Sikorsky S-92”  və AW-139 helikopterlərinin simulyatorunu hazırlayır. Dünyanın aparıcı simulyator firmalarından olan CAE-nin istehsal etdiyi təlim vasitələri heyətin yerüstü təlim mərkəzində az xərclə təhsil almasına imkan verir. Bu avadanlıqlarda real şəraiti imitasiya etməklə, pilotlar öz uçuş bacarıqlarını artırırlar.

 

Qeyd edək ki, AZAL və CAE arasında 2013-cü ildə bağlanmış müqaviləyə “Embraer-190 E-jet” təyyarəsinin, “Sikorsky S-92” və AW-139 helikopterlərinin simulyatorunun alğı-satqısı daxildir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR