Ebru Gündeş və Rza Zərrabı məhkəməyə verdilər

Ebru Gündeş və Rza Zərrabı məhkəməyə verdilər
12:05 10 Yanvar 2015
303 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Ebru Gündeş və həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab 2010-2012-ci illərdə kirayə qaldıqları evin sahibi tərəfindən məhkəməyə veriliblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün Kəmərburqazdakı villasının sahibi məhkəməyə “Evimə ziyan vurublar” iddiası ilə müraciət edib. Lakin şikayətçinin iddiası təmin olunmayıb. Belə ki, aparılan araşdırmalardan sonra məhkəmə “Tərəfimizdən həmin evdə iddia edildiyi kimi, hər hansı ziyan təsbit olunmayıb. Şikayətçinin ərizəsində göstərildiyi kimi, evdən daimi istifadə edilmədiyi ortaya çıxıb” qərarını verib.

Qeyd edək ki, Ebru Gündeş və Rza Zərrab 2010-cu ildə adıçəkilən ərazidə aylıq ödənişi 5 min dollar olmaqla, 2 illik müqavilə ilə villa kirayəyə götürüblər. Həmin müddətin kirayə haqqı isə qabaqcadan ödənilsə də, cütlük orada çox az müddətdə qalıb. Bu zaman isə evin sahibi onların mülkünə 8 min avro dəyərində ziyan vurduqları iddiası ilə İstanbul Sülh Hüquq Məhkəməsinə müraciət edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR