"iPhone"dan imtina etmək psixi durumun pisləşməsinə səbəb olur

"iPhone"dan imtina etmək psixi durumun pisləşməsinə səbəb olur
12:11 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Amerika alimləri tədqiqat keçirərək aydınlaşdırmaq istəyiblər ki, əgər "iPhone" smartfonu sahibindən alınsa, bu, onun psixi vəziyyətinə necə təsir edər.
 
Məlum olub ki, zəngə cavab vermək imkanı olmadıqda abunəçi müəyyən narahatlıqlar keçirməyə başlayır. Məsələn, ürək ritmi tezləşir, arterial təzyiq artır, həmçinin həyəcanın səviyyəsi yüksəlir.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədqiqat çərçivəsində könüllülər məntiqi məsələlər həll etməli olublar. Bu məsələlərin icrası zamanı  onların təzyiqi ölçülüb: alimlər könüllülərdən "iPhone" smartfonlarını alaraq belə izah veriblər ki, simsiz rabitə modulları ölçü cihazlarına mənfi təsir edir.
 
Məsələlərin həlli zamanı könüllülərin mobil telefonlarına bəzi zənglər gəlib, ancaq onların cavab vermək imkanı olmayıb. Bu halda məsələnin həllinin axtarışı daha çox vaxt alıb.
 
Emil Hüseynov
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR