​Pakistan ABŞ-la hərbi məlumatların bölüşdürülməsini

Pakistanın Müdafiə Nazirliyi ABŞ-la hərbi və kəşfiyyat məlumatlarının bölüşdürülməsini dayandırıb.

Metbuat.az-ın məlumatına görə, Nazirliyin bəyanatında qeyd olunur ki, Birləşmiş Ştatlar Əfqanıstandakı antiterror əməliyyatlarına milyardlarla dollar xərcləsə də, uğursuzluğa düçar olub. Lakin Vaşinqton bu uğursuzluğu İslamabadın addımlarıyla əlaqələndirməyə çalışır.

Qeyd edək ki, ötən həftə Birləşmiş Ştatlar Pakistan üçün nəzərdə tutulan bütün hərbi yardımları dayandırıb. Buna səbəb kimi İslamabadın terrorizmə qarşı mübarizədə uğursuz addımları göstərilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR