"Polaroid" şirkəti öz planşetlərini nümayiş etdirib

"Polaroid" şirkəti öz planşetlərini nümayiş etdirib
12:16 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Fotoşəkilləri bir anda çap edən öz fotokameraları ilə daha çox tanınan "Polaroid" şirkəti "CES 2015" sərgisində planşetlərini (7 düymlük sensor ekranlı  “Polaroid L7" modeli və 10 düymlük ekranlı "L10" modeli) təqdim edib. Hər iki qurğu dördnüvəli prosessorla işləyir. Planşetlər "Android 5.0 Lollipop" əməliyyat sistemi ilə işləyir.
 
"ICTnews" elektron xəbər xidməti “www.ferra.ru” saytına istinadən bildirir ki, planşetlərə həsr edilmiş şirkətin press-relizində qurğular haqda məlumat azdır. Yalnız ön və arxa kameralar (təsvir ölçüsü qeyd edilməyib), ön dinamiklər, "Wi-Fi" və "Bluetooth" simsiz rabitə modulları və uzunmüddətli avtonom iş xatırlanır. Ekranın təsvir ölçüsü, yaddaşın həcmi və sairə haqda məlumat yoxdur.
 
Qurğuların qiyməti 99,99 və 149,99 dollar təşkil edəcək. Bu ilin yazında ABŞ-da satışa çıxarılacaq.
 
Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR