Olimpiya mükafatçısı komaya düşüb

Olimpiya mükafatçısı komaya düşüb
11:17 11 Yanvar 2018
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb.
“Report” “Frans Press”ə istinadən xəbər verir ki, 27 yaşlı hollandiyalı idmançı məşq zamanı qəza keçirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən van Qorkomun üz sümükləri, qabırğaları sınıb. Həmçinin, onun qaraciyəri, dalaq və böyrəyi zədələnib.
Qeyd edək ki, bu il 5 – 9 iyununda Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/olimpiya-mukafatcisi-komaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR