Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 11 dərəcəyə yüksələcək

12:32 10 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 12:28 ]

Ölkə ərazisində yağmursuz hava proqnozlaşdırılır

Bakı. Könül Kamilqızı - APA. Yanvarın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR