Bakı Metropoliteni iki yeni stansiyanı istismara verəcək

Bakı Metropoliteni iki yeni stansiyanı istismara verəcək
12:32 10 Yanvar 2015
139 Sosial
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC "bənövşəyi" xəttin ilk iki stansiyasının - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılması üzrə planlarını saxlayır.

Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, qeyd edilən stansiyaların yaradılması çərçivəsində əsas tikinti işləri demək olar başa çatıb:

"Hazırda zəruri avadanlıq, sistemlərin quraşdırılması və stansiyaların abadlaşdırılması üzrə işlər aparılır".

N.Paşayev əlavə edib ki, stansiyaların tikintisi üzrə işlər davam edir: "Plana uyğun olaraq onların artıq bu il istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, Bakı Metropoliteninin "bənövşəyi" xətti 12 stansiyadan ibarət olacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR