Ancelina Coli və digər kino ulduzları geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO

Ancelina Coli və digər kino ulduzları geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
11:48 12 Yanvar 2018
260 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Coli son görünüşü ilə pərəstişkarlarını bir daha özünə heyran qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Los-Ancelesdə 23-cü “Critics Choice Awards” nüfuzlu mükafatın təqdimat mərasimi keçirilib. Gecədə ilin ən yaxşı kino və ən yaxşı televiziya layihələrinin adları açıqlanıb. Komediya aktrisası Oliviya Mann mərasimdə aparıcı kimi çıxış edib.

"Qızıl Qlobus" mükafatlarının təqdimat gecəsində qaraya bürünən ulduzlar bu dəfə üstünlüyü ağ və qırmızı rənglərə veriblər. Ancelina Coli, Nikol Kidman, Cessika Bil, Marqo Robi, Kris Hemsvort, Timoti Şalame, Riz Uizerspun və bir çox digər ulduzlar qırmızı xalçada göz qamaşdırıb.

Xüsusilə Ancelina Coli “Ralph and Russo” moda evindən seçdiyi bəyaz libası ilə heyranlıq doğurub.

Qaliblərin tam siyahısını təqdim edirik:

Ən yaxşı film - "Suyun şəkli” (The Shape of Water)

Ən yaxşı aktyor - Qari Oldman, "Qaranlıq zamanlar" (Darkest Hour)

Ən yaxşı aktrisa – Frensis Makdormand, “Ebbinq sərhədində üç bilbord, Missuri" (Three Billboards Outside Ebbing, Missouri)

İkinci planda ən yaxşı aktyor - Sem Rokkuel, “Ebbinq sərhədində üç bilbord, Missuri" (Three Billboards Outside Ebbing, Missouri)

İkinci planda ən yaxşı aktrisa - Cenni Ellison, "Tonya hər kəsə qarşı" (I, Tonya)

Ən yaxşı rejissor - Gilyermo del Toro, "Suyun şəkli" (The Shape of Water)

Ən yaxşı komediya - "Sevgi xəstəlikdir" (The Big Sick)

Ən yaxşı komediya aktyoru - Ceyms Franko, "Dərd-atası" (The Artist Disaster)

Ən yaxşı komediya aktrisası - Marqo Robi, "Tonya hər kəsə qarşı" (I, Tonya)

Ən yaxşı dram serialı - "Qulluqçunun hekayəsi" (The Handmaids Tale), Hulu

Dramatik serialda ən yaxşı aktyor - Sterlinq K.Braun, "Bu bizik" (This Is Us), NBC

Dramatik serialda ən yaxşı aktrisa - Elizabet Moss, "Qulluqçunun hekayəsi" (The Handmaids Tale), Hulu

Drammatik serialda ikinci planda ən yaxşı aktyor - Devid Harbor, "Çox qəribə işlər" (Stranger Things), Netflix

Dramatik serialda ikinci planda ən yaxşı aktrisa - Enn Daud, "Qulluqçunun hekayəsi" (The Handmaids Tale), Hulu

Ən yaxşı komediya serialı - "Qəribə missis Meyzel" (The Marvelous Mrs. Maisel), Amazon

Komediya serialında ən yaxşı aktyor - Ted Denson, "Daha yaxşı dünyada" (The Good Place), NBC

Komediya serialında ən yaxşı aktrisa - Reyçel Brosnaxen, "Qəribə missis Meyzel" (The Marvelous Mrs. Maisel), Amazon

Komediya serialında ikinci planın ən yaxşı aktyoru – Uolton Qoqqins, "Tədris hissə müdiriləri" (Vice Principals), HBO

Komediya serialında ikinci planın ən yaxşı aktrisası – Mayem Biallik, "Böyük partlayış nəzəriyyəsi” (Theory The Big Bang) CBS

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/227458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR