DGK: İdxal edilən bərpa edilmiş şinlərə gömrük rüsumu yeni qaydalarla hesablanır

DGK: İdxal edilən bərpa edilmiş şinlərə gömrük rüsumu yeni qaydalarla hesablanır
12:07 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən bu il yanvarın 1-dən Azərbaycana gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, dömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən DGK-nın inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər.
“Dəfələrlə Komitənin səlahiyyətli nümayəndələri, şəxsən sədr Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib. DGK bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır” – deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dgk-i-dxal-edilen-berpa-edilmis-sinlere-gomruk-rusumu-yeni-qaydalarla-hesablanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR