Azərbaycan sənaye məhsullarının ixracını 21% artırıb

Azərbaycan sənaye məhsullarının ixracını 21% artırıb
12:32 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/  2017-ci ildə Azərbaycan qeyri-neft məhsullarının ixracını 24%, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracını 28%, sənaye məhsullarının ixracını 21% artırıb. 
"Report'un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
O qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar, istehsalın və ixracın genişləndirilməsi nəticəsində bu il də ixracda artıma nail olunacağı gözlənilir: "Ölkədə həm sənaye, həm də kənd təsərrüfatına dəstək istehsalın tarazlı inkişafını təmin edir".
Nazir müavini deyib ki, ötən il xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 7% artıb. Onun sözlərinə görə, hesabat dövründə 14 mindən çox Azərbaycan subyekti xarici ticarət fəaliyyəti ilə məşğul olub və 3 100 çeşiddə məhsul ixrac edilib.
"2017-ci ildə 160-dan çox şirkətə şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib. Həmçinin 44 sahibkarlıq subyektinə ixracın təşviqi üzrə yardım olunub. "Made in Azerbaijan" brendi təşviqi çərçivəsində ötən il 10 ixrac missiyası təşkil edilib. Bu missiyalarda 160-dan çox şirkət iştirak edib. Ixrac təşviqinin məbləği 2,870mln. manat təşkil edib", - deyə o, qeyd edib. 
Nazir müavini əlavə euib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Georgia Petroleum" şirkətinin yanacaqdoldurma məntəqələri üçün 10 stend hazırlanıb. Stendlər bu ayın sonuna qədər yerləşdiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycan-senaye-mehsullarinin-ixracini-21-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR