Azərbaycan indiyədək 251 mln. ton mənfəət nefti satıb

Azərbaycan indiyədək 251 mln. ton mənfəət nefti satıb
12:37 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ İşlənmənin əvvəlindən (1997-cı il) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 445,4 mln. ton neft və 140,5 mlrd. kubmetr qaz hasil olunub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə AZƏRTAC-a müsahibəsində bildirib.
“Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 mln. ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55%-ni təşkil edir”, - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 mln. ton neft çıxarılıb ki, bunun da 350 mln. tona qədəri Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-indiyedek-251-mln-ton-menfeet-nefti-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR