Dünya Bankının Azərbaycan üzrə meneceri "Report" İnformasiya Agentliyinin qonağı olub

Dünya Bankının Azərbaycan üzrə meneceri "Report" İnformasiya Agentliyinin qonağı olub
13:02 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi “Report” İnformasiya Agentliyinin ofisində olub.
Qonaq Agentliyin baş redaktoru Murad Əliyev və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşüb.
N.H.Naqviyə Agentliyin fəaliyyəti ilə bağlı məlumat verən M.Əliyev “Report”un Dünya Bankı ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib.
Agentliyin iqtisadiyyat redaktoru Vüqar Mustafayev isə rəhbərlik etdiyi şöbənin fəaliyyətinə toxunub. Onun sözlərinə görə, bu sahədə çalışan əməkdaşların media və maliyyə sektorunda 10-20 il təcrübəsi var və bu, adıçəkilən bölmənin daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır.
N.H.Naqvi isə öz növbəsində Azərbaycanda fəaliyyət göstərdiyi 15 ay müddətində ilk dəfə olaraq yerli KİV redaksiyasına qonaq getdiyini bildirib.
Azərbaycan iqtisadiyyatı, onun diversifikasiyasında Dünya Bankının göstərə biləcəyi yardım və dəstəkdən danışan qonaq ölkə iqtisadiyyatının şaxələnməsi üçün bir sıra təkliflər irəli sürdüklərini açıqlayıb: “Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələnməsini dəstəkləyirik. Bu fəaliyyəti həyata keçirmək üçün Dünya Bankı olaraq həm texniki imkanlarımız, həm də vəsaitimiz var”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-bankinin-azerbaycan-uzre-meneceri-report-i-nformasiya-agentliyinin-qonagi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR