"Əsgər ölümlərinin Sarkisyan üçün qəpik qədər dəyəri yoxdur"

Erməni əsgəri Arsen Mxitaryanın ölümündən il yarım keçsə də, onun ölüm səbəbləri hələ də məlum deyil.

Rəsmi ittihama görə Mxitaryan 2016-cı il iyulun 3-də Tavuş vilayətində yerləşən hərbi hissədə çənə nahiyyəsindən aldığı odlu silah atəşi nəticəsində ölüb.

Hazırda erməni əsgərin ölümündə şübhəli olan bir çox şəxslərin adlarının belə istintaq orqanına verilməsinə baxmayaraq, ölüm səbəbinin araşdırmalarında heç bir irəliləyiş yoxdur. Ölən əsgərin atası Artur Mxitaryan, Ermənistan baş prokuroru və hərbi prokuroru ilə görüşüb. İşin istintaqını aparan orqana qarşı böyük inamsızlığın olması onların diqqətinə çatdırılıb.

Faktiki olaraq, işin araşdırılmasında heç bir irəliləyiş olmadığı hiss olunur. İstintaq orqanına qarşı inamsızlıqla bağlı işin araşdırılması üçün başqa orqana göndərilməsinə dair müraciət təmin edilib. İşin araşdırılmasına başlayan yeni istintaq orqanı tərəfindən verilən qəbzdə məlum olub ki, 11 avqust 2017-ci ildə yenidən ekspertiza keçirilməsi barədə müvafiq orqana müraciət olunub. Ancaq həmin müraciət edilən ekspertiza orqanı tərəfindən 11 dekabr 2017-ci ildə verilən cavab məktubunda bildirib ki, bu yalnız 2018-ci ilin aprel ayından sonra mümkündür.

Müstəntiqin başqa ixtisaslaşmış orqan tərəfindən ekspertiza keçirilməsi üçün yeni qərar verməkdən başqa yolu qalmayıb. Bunun cavabının isə nə vaxt məlum olacağı bəlli deyil. Belə çıxır ki, 5 ay vaxt itirdikdən sonra, hər şey yenidən başlayacaq.

"Ermənistanda əsgər ailələrinə bu cür laqeyd münasibət məhkəmə orqanlarına xalqın inamını zəiflədir. Faciəli ölümün araşdırılmasına laqeyd münasibət onu göstərir ki, burada bilərəkdən işin araşdırılmaması niyyəti mövcuddur. Belə çıxır ki, Sarkisyan hakimiyyəti üçün əsgər ölümlərinin qəpik qədər dəyəri yoxdur", - deyə erməni vəkil Norayr Norikyan da məsələ ilə bağlı öz etirazını bildirib. //Ordu.az

Sabahdan etibarən başlayacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR