"Accessbank"ın qazandıracağı "iPhone X"in potensial sahiblərinin sayı artır

"Accessbank"ın qazandıracağı "iPhone X"in potensial sahiblərinin sayı artır
15:47 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Ötən il noyabrın 27-dən start götürmüş "Hər tərəfdən sərfəli!" kampaniyası böyük marağa səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Accessbank” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bu ayın sonuna qədər davam edəcək kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" plastik kartları müştərilərə 50% endirimlə təklif olunur. Kampaniyada iştirak edən şəxslər yarı qiymətə plastik kart əldə etməklə yanaşı, "iPhone X" udmaq şansını da qazanırlar.
“Ötən ilin dekabr ayı ərzində müştərilər tərəfindən əldə olunan kartların sayı orta aylıq göstərici ilə (ötən 3 ay) müqayisədə 47% artıb. Bu isə kampaniyaya ciddi marağın olmasından xəbər verir. Kampaniya başa çatana qədər bu göstəricinin artması artıq şübhə doğurmur.
Kampaniyada iştirak etmək üçün "Accessbank”ın dövriyyədə buraxdığı "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) ölkə ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, internet üzərindən məhsullar və yaxud xidmətlər üzrə 20 manat və yaxud ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən iki müştərinin hər biri yeni "iPhone X" smartfonu qazanacaq.
Kartlar üzrə tariflərlə bu linkdən tanış olmaq olar.
"Hər tərəfdən sərfəli!" kampaniyası barədə daha ətraflı məlumatı isə bu link vasitəsilə əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-in-qazandiracagi-iphone-x-in-potensial-sahiblerinin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR