“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb

“Azəriqaz”: Ötən il 93 350 yeni abonent qeydiyyata alınıb
16:02 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ 2017-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb.
“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 48 877-si Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir.
Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.
Bu il yanvarın 1-i tarixinə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-oten-il-93-350-yeni-abonent-qeydiyyata-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR