İpoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq ediləcək

İpoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq ediləcək
16:08 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

Publika.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondundan 2017-ci il hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, Cəmiyyət ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılıb, Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb.

“Eləcə də, risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb. İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/227496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR