Rusiya DİN: Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir

Rusiya DİN: Azərbaycan istirahət üçün təhlükəsiz ölkədir
17:43 12 Yanvar 2018
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları üçün təhlükəsiz səyahət edə biləcəkləri ölkələrin siyahısı təsdiqlənib.

Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri Vladimir Kolokoltsev sərəncam imzalayıb.

Təsdiq olunmuş təhlükəsiz ölkələr siyahısına Azərbaycan, Belarus, Çin, Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Vyetnam daxil olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini şərh edərkən bildirmişdi ki, Azərbaycana getməməyi bu ölkə haqqında hər hansı təsəvvürü olmayan insanlar tövsiyə edə bilər:

"Mən dəfələrlə və böyük məmnuniyyətlə Azərbaycana səfər edən biri kimi deyə bilərəm ki, turistlərə bu ölkəyə getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/227512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR