Ev sahibi Ebru Gündəşi və ərini məhkəməyə verdi

Ev sahibi Ebru Gündəşi və ərini məhkəməyə verdi
12:41 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Ebru Gündəş və həyat yoldaşı iş adamı Rza Zərrab məhkəməyə verilib. ANS PRESS-in məlumatına görə, cütlüyə qarşı iddianı onların 2010-2012-ci illər arasında qaldıqları Kəmərburqazdaki ev sahibləri qaldırıb. Onlar cütlüyün qaldıqları evə ziyan vurduqlarını deyiblər.

Müğənni həyat yoldaşı ilə birlikdə 2010-cu ilin sentyabr ayında adıçəkilən istiqamətdə ev kirayə tutublar. Cütlük evə görə ayda 5 min dollar ödəməli idilər. Onlar evdə iki il qalıblar.

Ev sahiblərinin sözlərinə görə, Gündəş və Zərrab mənzilə 8 min 630 avro ziyan vurublar.

Zərrabın vəkili isə onların ev üçün verdikləri 39 min dollarlıq depoziti geri qaytarmadığını, evdə 300 min liralıq təmir işləri aparıldığını deyib.

Məhkəmə isə zərərin təsbit edilmədiyini deyərək iddianı rədd edib.

Qeyd edək ki, iş adamı ev sahibinin atasından məhkəməyə şikayət etmişdi. Buna səbəb isə məşhur cütlük evdən çıxandan sonra ora gələn Müzəffər Aslan adlı şəxsin "buranı bara çeviriblər. Mən də onu adam bilməmişdim" deməsi olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR