Play Store

​Yaponiyanın şimal-qərbində rekord səviyyədə qar yağıb

Yaponiyanın şimal-qərbində rekord səviyyədə qar yağıb.

Metbuat.az-ın məlumatına görə, dünəndən başlayaraq intensiv şəkildə yağan qarın hündürlüyü bəzi ərazilərdə 134 sm-ə çatıb. Yağıntının miqdarı mövsümi normadan 10 dəfə çoxdur. Şaxtalı hava və aramsız qar ilə əlaqədar məktəblərdə dərslərə ara verilib.

Nəqliyyatın hərəkətində problemlər yaranıb. Niiqita prefekturasında sərnişin qatarının hərəkəti dayanıb. 600-ə qədər sərnişin qatarda gecələməli olub. Xoşbəxtlikdən qatarda elektrik və istilik sistemi çalışdığından, sərnişinlər donmaq təhlükəsiylə üzləşməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR