Qəzza sektorunda polislə toqquşmalarda 290 fələstinli xəsarət alıb

Qəzza sektorunda polislə toqquşmalarda 290 fələstinli xəsarət alıb
03:37 13 Yanvar 2018
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Qəzza sektorunda və İordan çayının Qərb sahilində polislə toqquşmalarda azı 290 fələstinli xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaha bildirib.
“İordan çayının Qərb sahilində və Qəzza sektorunda yaralı fələstinlilərin sayı 290 nəfərdir. Onlardan 45-i döyüş, 30-u rezin güllələrdən və 215 nəfəri qaz nəticəsində xəsarət alıblar”, - deyə o bildirib.
Bununla yanaşı, Qəzza sektorunun Səhiyyə Nazirliyindən bildirilib ki, toqquşmalar zamanı heç kim ciddi xəsarət almayıb.
Fələstinin yaşayış məntəqələri arasında narazılıqlar artıq ay yarımdan çoxdur davam edir. Regionda vəziyyət ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra pisləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qezza-sektorunda-polisle-toqqusmalarda-290-felestinli-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR