Gürcüstan sakini İstanbuldakı terror aktı işi üzrə həbs edilib

Gürcüstan sakini İstanbuldakı terror aktı işi üzrə həbs edilib
04:02 13 Yanvar 2018
140 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Gürcüstanın hüquq-mühafizə orqanları İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktı işi üzrə təhqiqat çərçivəsində ölkə sakini Zurab İdoidzeni saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə Zurab İdoidze Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. Bildirilir ki, o, cinayətin təşkilatçısı Əhməd Çatayevlə əlbir olmaqda ittiham edilir. 
Qeyd edilir ki, İdoidze Çatayevə və onun cinayətkar qrupuna maliyyə yardımı göstərib. Əhməd Çatayev özü isə Tbilisidə keçirilən əməliyyat zamanı məhv edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR