Ötən il Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb

Ötən il Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb
04:18 13 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

2017-ci ildə Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 701 milyon 663 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,6 faiz artaraq 5 min 990 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Famil Seyidov bildirib.

O, qeyd edib ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb. Yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 368 növdə məhsul istehsalı, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

Ötən il ümumi daxili məhsulda sənaye məhsulunun payı 28 faiz, istehsal edilən sənaye məhsulunun tərkibində isə emal sənayesinin payı 57 faizi təşkil edib. 2017-ci il aqrar sektor üçün də uğurlu olub. 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb, ailə təsərrüfatlarının inkişafı üçün 13 təsərrüfata 243 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

2017-ci ildə ilk dəfə olaraq muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/227549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR