Qaytanları avtomatik bağlanan krossovka istehsal ediləcək

Qaytanları avtomatik bağlanan krossovka istehsal ediləcək
12:46 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Özü-özünə bağlanan “Nike Air Mag” krossovkası - “Geriyə gələcəyə” filminin ikinci hissəsinin baş qəhrəmanı Marti Makflayın gəzdiyi krossovkanın kopyasıdır və “Nike” şirkəti tərəfindən Las-Veqasda “CES 2015”-də təqdim edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “ağıllı” ayaqqabının istehsalı bu il təşkil olunacaq. Bu, “Geriyə gələcəyə” filmindəki hadisələrin məhz 2015-ci ildə baş verməsi ilə bağlıdır. “Nike Mag” krossovkaları işıqlanma və 2014-cü ildə patentləşdirilmiş avtomatik bağ mexanizmi ilə təchiz edilib.
 
2011-ci ildə “Nike” şirkəti “Mag” seriyalı 1500 cüt krossovka istehsal edib. Lakin onlar yalnız işıqlanırdılar, bağları isə avtomatik bağlanmırdı. Satışdan əldə edilmiş vəsait Makflay rolunu ifa edən Maykl Jey Foks Fonduna Parkinson xəstəliyinin araşdırmalarını maliyyələşdirmək üçün köçürülüb.
 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR