8 yaşlı oğlanın ifası milyonları şoka saldı - VİDEO - FOTO

8 yaşlı oğlanın ifası milyonları şoka saldı - VİDEO - FOTO
12:47 10 Yanvar 2015
279 Maraqlı
Ölkə mətbuatı
A- A+

London, "St Pancras Station" dəmiryol stansiyası. Keçiddəki köhnə pianonun arxasında çəlimsiz, sarışın oğlan oturub.
O, Şopenin əsərini ifa edir və keçiddəki insanlar laqeydcəsinə ötüb gedirlər.
 
Sadəcə, bir qadın musiqinin və ifanın sehrinə düşərək kiçik pianoçunun yanından ayrıla bilmir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 8 yaşlı Cey Livinqtonun ifası ideal olmasa da, çox gözəldir. Frederik Şopenin "Ekspromt fantaziya"sını üzərində "Məndə ifa et, səninəm" (Play Me, I'm Yours) yazılmış pianoda ifa edib.
 
Videonu balaca Ceyin anası Kamilla Livinqton çəkib.
 
YouTube-da rekord vuran bu videonu şərh edənlər Ceyi "yeni Mosart" adlandırıblar.
 
Cey Livinqstonla Britaniyanın məşhur musiqi məktəbləri də maraqlanmağa başlayıblar.
 
Pianoda ifanı evdə, heç bir xüsusi təhsil almadan öyrənmiş Cey Livinqston isə bəstəkar olmaq istədiyini deyib.
 
Milli.Az
 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR