Lənkəranda qadın və qızı döyülüb

Lənkəranda qadın və qızı döyülüb
17:52 13 Yanvar 2018
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 13 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda qadın və onun qızı döyülüb. 
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. 
Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.  
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-qadin-ve-qizi-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR