Azərbaycan “StartupBlink” servisinin xəritəsində yer alıb

Azərbaycan “StartupBlink” servisinin xəritəsində yer alıb
12:51 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Startap coğrafiya həvəskarlarına yeni rahat xidmət - "StartupBlink" təqdim edilib.
Bu, startapların "Google Maps" əsasında yaradılmış onlayn xəritəsidir.

"ICTnews" xəbər xidmətinin "The Next Web"ə istinadən verdiyi məlumata əsasən analoqlarından fərqli olaraq bu xəritə təsirli bazası ilə seçilir. Xəritədə 67 mindən çox startap, 100 aksellerator və 200 kovorkinq  qeyd edilib. Onların arasında Azərbaycan layihələri də var.
 
"StartupBlink" — Xorvatiya və İsveçrə əsilli sahibkarların layihəsidir. Layihənin  məqsədi dünya startap birliyinin inkişafıdır. Servisin bazasında "AngelList"in, "Swissstartups.org"un, "Elance.com"un və digər platformaların məlumatları toplanıb.

Startapçılar sərbəst və pulsuz şəkildə layihələr haqda məlumatları əlavə edə bilərlər.
"StartupBlink"də Ben Qirivits, Stiven Sinofski, Patrik de Lev kimi bu sahədə nüfuzlu insanların, frilanserlərin əlaqə məlumatlarını əldə etmək olar. Xəritə startapları sahə və ərazilərə görə süzgəcdən keçirməyə imkan verir.
 
Aynur Vəliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR