Kaliforniyada torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Kaliforniyada torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
02:12 15 Yanvar 2018
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları zamanı yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Santa-Barbara dairəsinin nümayəndəsi Castin Kuper son iki gündə xilasedicilərin daha 2 cəsədi aşkarladığını bildirib. Kuper ölənlərin neçə yaşlarında olmaları və onların cəsədlərinin harda aşkarlanması barədə heç nə deməyib.
Təbii hadisə nəticəsində daha 4 nəfər itkin düşüb. Onun sözlərinə görə, itənlərin axtarışları davam etdirilir.
Daşqınlar və torpaq sürüşmələri zamanı həmçinin 30-dan çox insan xəsarət alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyada-torpaq-surusmeleri-ve-dasqinlar-neticesinde-olenlerin-sayi-20-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR