Bakıda avtobusda növbəti tərbiyəsizlik

İçərisi sərnişinlə dolu olan avtobusda sürücü yüksək səslə musiqiyə qulaq asır.

Sərnişinlər bunu sürücüyə irad tutsalar da, o musiqinin səsini almıyıb və yoluna davam edib.

Metbuat.az bildirir ki, görüntülər bu gün səhər saatlarında metronun 28 may stansiyasından lökbatana sərnişin daşıyan 125 saylı avtobusda çəkilib. Sözügedən avtobusun sərnişini olan Bayram Həmidli həmin anları lentə alıb.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu ''Bakubus'' Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxladıq. bildirildi ki, həmin görüntülərlə bağlı sabah şirkət araşdırma aparacaq və lazımı tədbirlər görüləcək.

Bakı Nəqliyyat agentliyindən isə bildirildi ki, məsələ agentlik tərəfindən araşdırılacaq.

Qeyd edək ki, sözügedən faktla bağlı inzibati xətalar məcəlləsində cərimə sanksiyası nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, ictimai nəqliyyatda zəruriət olmadan audio avadanlıqlardan istifadə edən şəxslər 40-50 manat məbləğində cərimə edilməlidir. /xezerxeber.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR