Zabit Səmədov “YARAT”ın qonağı olacaq

Zabit Səmədov “YARAT”ın qonağı olacaq
11:32 15 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ “YARAT” Müasir İncəsənət Mərkəzinin budəfəki qonağı tanınmış idman ustası, məşhur kikboksçu Zabit Səmədov olacaq.
“Report” xəbər verir ki, yanvarın 17-də idmançı ilə reallaşacaq görüş zamanı o, idman təcrübəsi və nailiyyətləri barədə qonaqlarla məlumat verəcək, onu qələbəyə aparan həyat yolundan danışacaq.
Eyni zamanda, idmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək.
İdmançı ilə görüş arzusunda olan hər kəs tədbirdə iştirak edə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/zabit-semedov-yarat-in-qonagi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR