İngiltərə klubuna yeni baş məşqçi təyin olunub

İngiltərə klubuna yeni baş məşqçi təyin olunub
16:42 15 Yanvar 2018
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin "Stok Siti" futbol klubu yeni baş məşqçisini müəyyənləşdirib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Pol Lombertdir. 48 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. Şotlandiyalı baş məşqçi yanvarın əvvəllərində istefa vermiş Mark Hyuzu əvəzləyib. O, əvvəllər "Vulverhempton", "Kolçester Yunayted", "Norviç Siti", "Aston Villa" və "Blekbern Rovers"də çalışıb.
Qeyd edək ki, "Stok Siti" İngiltərə Premyer Liqasında 23 turdan sonra 20 xalla 18-ci pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu da var. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-klubuna-yeni-bas-mesqci-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR