Azərbaycanda istifadəsi dayandırılmış iki elektron xidmət yenidən aktivləşdirilib

Azərbaycanda istifadəsi dayandırılmış iki elektron xidmət yenidən aktivləşdirilib
13:06 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Vergilər Nazirliyinin müvəqqəti dayandırılmış iki elektron xidməti yenidən aktiv olunub.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” və “ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi” e-xidmətləri artıq vətəndaşların istifadəsinə verilib.
 
Beləliklə, “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 405-ə çatdırılıb.
 
CAHANGİR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR