Reklam oğruları tutuldu - FOTO

Reklam oğruları tutuldu - FOTO
19:48 15 Yanvar 2018
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, Gəncə şəhər sakinləri - Novruzov Kamran Vilayət oğlu və Fərzəliyev Orxan Əkbər oğlu oğurladıqları reklam lövhələrini tanışları Musayev Musa Zakir oğluna məxsus 50 CC 403 “Ford Tranzit” markalı avtomobilə yükləyərək Gəncə şəhərinə aparıblar.

Ağdam rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, saxlanılan şəxslər istintaq zamanı etdikləri əməli etiraf ediblər. Bildiriblər ki, Ağdam, Bərdə, Yevlax, Gədəbəy, Qazax, Ağdaş, Sabirabad və Göyçay rayonlarında yerləşən dayanacaqlarda sökdükləri reklam lövhələrini Gəncə şəhərinə apararaq əlvan metalların qəbulu sexinə satıblar.

Hazırda həmin şəxslərin digər cinayət əməlində iştirakının olub-olmadığı araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/227810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR