Suriyada PYD-yə qarşı etiraz aksiyaları

Suriyanın Mənbic əyalətində PYD terrorçularının zorakılıq əməllərinə qarşı etiraz aksiyası keçirilir.

Metbuat.az-ın məlumatına görə, iki dinc insanın silahlılar tərəfindən amansızlıqla qətlə yetirilməsindən sonra küçələrə çıxan narazı kütlə, PYD-yə qarşı şüarlar səsləndirib. Bəzi ərazilərdə terrorçularla silahlı etirazçılar arasında qarşıdurma da yaşanıb.

Tələfata dair məlumat yoxdur. Bundan əlavə, sahibkarlar etiraz əlaməti olaraq, dükanları bağlayıb. PYD terrorçularının bölgədən çıxması üçün bütün sakinlərin etirazlara qoşulması barədə çağırışlar edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR