Əfqanıstan hökuməti "Taliban"la danışıqlara

Türkiyədə Əfqanıstan hökumətiylə Taliban nümayəndələri arasında qeyri-rəsmi formatda danışıqlar aparılır.

Metbuat.az-ın məlumatına görə, Anakarının vasitəçiliyi baş tutan danışıqlarda Talibanın Qətərdəki Siyasi Bürosunun nümayəndələri və Əfqanıstanın Ali Sülh Şurasının üzvləri iştirak edir. Görüşlərdə tərəflər arasında gərginliyin aradan qaldırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilir.

Əfqanıstanlı rəsmilər bu görüşdən bəzi razılaşmaların əldə edilə biləcəyini bildirib. Bundan əlavə, bu müzakirələr tərəflər arasında rəsmi danışıqların başlaması üçün vacib rol oynaya bilər. Bildirilir ki, toplantılar yüksək təhlükəsizlik tədbirləri altında keçirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR