Şimali və Cənubi Koreya müzakirələri

Hər iki ölkədən olan nümayəndə heyəti Şimali Koreyalı idmançıların Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarında iştirakıyla bağlı detallara dair danışıqları davam etdirir.

Metbuat.az-ın məlumatına görə, sərhəddəki Panmunjom kəndində aparılan müzakirələrin əsas mövzusu qadınlardan ibarət məşhur "Moranbonq" musiqi qrupunun iştirakı ilə bağlıdır.

Çünki bu qrupun üzvlərinin hər birini şəxsən Şimali Koreya lideri Kim Çen In özü seçir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR