SON DƏQİQƏ: Səfirlik raket atəşinə tutuldu

SON DƏQİQƏ: Səfirlik raket atəşinə tutuldu
21:38 15 Yanvar 2018
135 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə Kanada səfirliyinin yaxınlığına raket atılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinə istinadən “TOLO News” telekanalı bildirib.

İdarənin nümayəndəsi Nüsrət Rəhimi qeyd edib ki, ilkin məlumatlara görə, hücum nəticəsində zərərçəkən yoxdur.

Hələlik heç bir qruplaşma raket atəşinə görə məsuliyyəti öz üzərinə götürməyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR