Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb

Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb
06:57 16 Yanvar 2018
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin başçısı Mariano Rahoyu regional parlamentin üzvləri vəzifədən kənarlaşdırılan muxtariyyət hökumətinin bərpasına dair qərarına hörmətlə yanaşmağa çağırıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belçikaya qaçan siyasətçi öz "Twitter" səhifəsində yazıb.
Puçdemon xatırladıb ki, ötən il dekabrın 21-də regionda keçirilən seçkilərdə Xalq Partiyası 135 nəfərlik parlamentdə yalnız 4 yerə sahib olub.
Buna baxmayaraq, o, bildirib ki, Rahoy Madriddən Kataloniyanı idarə etməyə davam edir: "Qoy demokrat olsun və Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşsın", - Puçdemon yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pucdemon-kataloniya-parlamentinin-hokumeti-berpa-etmeye-dair-qerarina-hormetle-yanasmaga-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR