Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb

Portuqaliyada futbol matçı tribunanın uçma riski səbəbindən yarımçıq qalıb
07:32 16 Yanvar 2018
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Portuqaliyada milli futbol çempionatının "Eştoril" və "Portu" komandaları arasında keçirilməli olan oyunu tribunanın uçma riski səbəbindən təxirə salınıb.
“Report” xəbər verir ki, hadisə "Antoniu Koimbra da Mota" stadionunda birinci hissədən sonra baş verib.
Fasilə zamanı konstruksiyanın uçma təhlükəsi səbəbindən cənub tribunasındakı azarkeşlər təxliyyə edilib. Basabas zamanı travma almış bir neçə fanata tibbi yardım göstərilib.
Birinci hissədə ev sahibi olan "Eştoril" 1:0 hesabı ilə irəlidə olub.
Matçın ardının oynanılacağı tarix məluma deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/portuqaliyada-futbol-matci-tribunanin-ucma-riski-sebebinden-yarimciq-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR