Rusiya idmançılarının olimpiadaya keçmiş SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olunub

Rusiya idmançılarının olimpiadaya keçmiş SSRİ-nin rəmzləri ilə yollanmaları təklif olunub
10:02 16 Yanvar 2018
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya idmançılarının 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarına keçmiş SSRİ-nin bayrağı və himni ilə yollanmaları təklif olunub.
"Report"un məlumatına görə, belə bir təkliflə internet istifadəçiləri olimpiadada Rusiya simvollarına qadağa qoyulması səbəbindən çıxış ediblər. Onlar Rusiyanın hazırkı himninin keçmiş SSRİ-nin himni ilə üst-üstə düşməsini, ölkənin isə SSSRİ-nin varisi olmasını əsas gətiriblər.
Məsələyə münasibət bildirən Beynəlxalq Olimpiya Komitəsi (İOC) Rusiya idmançılarının sovet rəmzlərindən istifadə məsələsinə xüsusi komissiyanın iclasında baxılacağını açıqlayıb.
Qeyd edək ki, İOC İcraiyyə Komitəsi 2017-ci il dekabrın 5-də Rusiyanın dopinq qəbul etməyən idmançılarının Pxençxan olimpiadasına olimpiya bayrağı altında buraxılmalarına dair qərar verib. Lakin onlar Rusiyanın olimpiyaçı idmançıları statusunda çıxış edəcəklər. Mükafatlandırma mərasimində isə olimpiya himni çalınacaq. Rusiya idmançılarının olimpiadaya buraxılma məsələsi ilə İOC-un xüsusi komissiyası məşğul olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rusiya-idmancilarinin-olimpiadaya-kecmis-ssri-nin-remzleri-ile-yollanmalari-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR