Gürcüstan-Türkiyə sərhədində ETİRAZ AKSİYASI

Gürcüstan-Türkiyə sərhədində ETİRAZ AKSİYASI
11:19 16 Yanvar 2018
58 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin yaxınlığında etiraz aksiyası keçirilib.
 
 
APA-nın yerli bürosunun məlumatına görə, aksiyada iştirak edən Gürcüstan vətəndaşları Türkiyə sərhədini keçməklə bağlı cari ilin yanvarın 1-dən tətbiq olunan yeni qaydalara etiraz ediblər. Ticarət məqsədilə mütəmadi Türkiyəyə səfər edən bu şəxslər yeni qaydaların sərt olduğunu bildiriblər və ləğv olunması tələbini irəli sürüblər. 
 
 
Qeyd edək ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən Türkiyə sərhədini keçmək və ölkə ərazisində qısa müddətdə qalmaq bir təqvim günü hesab olunacaq. Yeni qaydalar bütün xarici ölkə vətəndaşlarına şamil olunur. Gürcüstan vətəndaşları Türkiyədə 180 günlük dövr müddətində 90 gün ərzində qala bilərlər. 90 gün bitəndən sonra onlar yaşamaq üçün icazə almalıdırlar.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR