Əsl savaş burada BAŞ VERƏCƏK - ABŞ və Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU

Əsl savaş burada BAŞ VERƏCƏK - ABŞ və Türkiyə addım-addım MÜHARİBƏYƏ DOĞRU
11:23 16 Yanvar 2018
100 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Ankara Fəratın şərqinin terrordan təmizlənməsi üçün ilk olaraq diplomatik alətlərindən istifadə edəcək.

Nəşr qeyd edir ki, ABŞ Fəratın şərqində terror güclərini dəstəkləməkdə israr edərsə, qarşıdakı günlərdə Tel Abyad, Ayn İsa, Resulayn və Kamışlı bölgələrində hərəkətlilik yaşanacaq. ABŞ-ın Suriyanın ərazi bütövlüyünü zərbə altına alan addımları Türkiyə, Suriya və Rusiyanı hərəkətə keçirib. Beynəlxalq koalisiyanı ləğv edən ABŞ Suriyanı parçalamaq və İsrailin təhlükəsizliyini təmin etmək üçün bütün güclərini səfərbər edib.

Hərbi və diplomatik mənbələrə görə, İraqın şimalında ABŞ-ın həyata keçirməyə çalışdığı separatçı planları iflasa uğradan Türkiyə Fəratın şərqində planlaşdırılan xain layihənin qarşısını almaq üçün gücünü yaxın zamanda hiss etdirəcək. Ekspertlər hesab edir ki, Fəratın qərbində təhlükəsizliyin təmin edilməsi və Afrinin PYD terrorçularından təmizlənməsindən sonra bütün güclərin birləşdirilərək Fəratın şərqinə yönəldilməsi qaçılmaz görünür.

Bildirilir ki, ABŞ Suriyada ordu qurmaqla İraqda iflasa uğrayan şimal qurşağının Suriya hissəsini tamamlamaq istəyir. Bu, Türkiyə ilə yanaşı, İraq və İranın da ərazi bütövlüyünü təhdid edən təhlükəli cəhd kimi qiymətləndirilir. Bu baxımdan, Türkiyə, İraq və İranın bu təhlükəyə qarşı ortaq hərəkət etməsinin vacib olduğu vurğulanır. Eyni zamanda, Rusiyanın dəstəyinin böyük əhəmiyyət daşıdığı deyilir.

Lakin Suriyada Fəratın şərq hissəsinin ABŞ-ın təsir dairəsinə daxil olduğunu, burada çoxsaylı Amerika bazalarının qurulduğunu və PYD ilə “Suriya Demokratik Gücləri”nin (əsas hissəsini PYD terror təşkilatı təşkil edir - red.) Vaşinqton tərəfindən dəstəkləndiyini nəzərə alan ekspertlər, ABŞ və Türkiyə arasında hərbi toqquşma ehtimalını yüksək qiymətləndirirlər. Bu ehtimalı qiymətləndirən Ankaranın problemi həll etmək üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyi deyilir.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı, general Hulusi Akar NATO-nun zirvəsinə qatılmaq üçün Brüsselə gedib. Akar ABŞ-ın Suriyada qurmaq istədiyi ordu və Türkiyənin planlaşdırdığı Afrin əməliyyatını gündəmə gətirəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR