Teleqüllənin yaxınlığında çatlar böyüdü

“Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənib.

Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, ərazinin bəzi yerlərində artıq eni 1 metrə, dərinliyi 6-7 metrə çatan çatlar yaranıb. İstinad divarlarındakı çatların eni də 15 sm-ə çatıb: "İstinad divarının yanında şaquli olaraq, yamac kəsilib. Burada belə proseslərin baş verməsinə baxmayaraq, ərazidə yol çəkilir. Sürüşmənin qarşısını almaq üçün isə heç bir tədbir görülmür".//Trend

Fraqman yayınlanmadı: Yeni bölümü bu gün olmayacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR