“Azər-Türk Bank” bağlanmış banklara məxsus avadanlıqları alıb

“Azər-Türk Bank” bağlanmış banklara məxsus avadanlıqları alıb
11:57 16 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Respublika Xammal və Əmtəə Birjasının Hərrac Mərkəzində ləğv prosesində olan banklara məxsus əmlakların satışı həyata keçirilib.
“Report” xəbər verir ki, “Bank Standard” QSC-nin balansında olan 2 bankomat hər biri 6 750 manat, 1 ədəd embosser (plastik kart hazırlayan qurğu) 17 030 manat, eləcə də “Atra Bank” ASC-yə məxsus 2 ədəd embosser 5 030-6 030 manat ilkin start qiyməti ilə potensial alıcılara təklif olunub.
“Azər-Türk Bank” ASC rəqabətsiz şəraitdə hər 3 embosserə sahib olub.
Hərracla bağlı bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun daha geniş məlumat yayacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-baglanmis-banklara-mexsus-avadanliqlari-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR